VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin əvvəlində Çin alimləri Hubey əyalətində böyük bir xaosa səbəb olan "COVİD-19"un genomunu açıqladılar. Bununla da əczaçılıq şirkətləri, eləcə də hökumət laboratoriyaları dərman axtarışına başladı. Elm üçün naməlum olan yeni növ koronavirus kəskin ağciyər xəstəliklərinə səbəb olur. Koronavirusa qarşı peyvənd və müalicə üsulları ilə bağlı yeni məlumatlar da var. 
BAKU.WS xəbər verir ki, bunu REAL-a açıqlamasında ÜST-ün "Covid-19" üzrə sözçüsü Marqaret Harris bildirib. Onun sözlərinə görə, hazırda koronavirusa qarşı 50-yə yaxın peyvənd üzərində araşdırmalar aparılır.

ÜST rəsmisi deyib ki, bir sıra dünya ölkələri bu infeksiyaya qarşı peyvəndin hazırlanmasında bir çox dərman vasitələrini sınaqdan keçirir. Yeni peyvənd və müalicə üsulları ilə bağlı yaxşı xəbərlər də gəlməkdədir. Hazırda tədqiqatlar davam etdirilir, 50-yə yaxın peyvənd üzərində araşdırmalar davam etdirilir. Əvvəllər istifadə olunan bir peyvənd var. Bu peyvənd lisenziyalıdır və onun müəyyən insanları qoruduğu hesab olunur.

Marqaret Harris bildirdi ki, müxtəlif ölkələrin xəstəxanalarında aparılan bu sınaqlardan hansının daha yaxşı olduğu yoxlanılır.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində, o cümlədən Avstraliyada bu infeksiyaya qarşı vaksinlər hazırlanmaqdadır.

BAKU.WS
VİDEO