SİZİN REKLAM BURADA!
055 213 76 73


Son bir ayda dünyada koronavirusa yoluxma halları 50 faizdən çox artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-dən dekabrın 17-dək dünyada koronavirusa yoluxma faktları əvvəlki dörd həftə ilə müqayisədə 52 % artıb.

Belə ki, son 4 həftədə dünyada 854,673 yoluxma halı və 3,005 ölüm qeydə alınıb.

Qeyd olunub ki, ən çox yoluxma Rusiyada baş verib.

Siyahıda növbəti yerlərdə Sinqapur, İtaliya, Polşa və Avstraliya gəlir. Virusdan ən çox ölüm isə İtaliyada baş verib.

BAKU.WS