ÜST iyulun sonuna doğru COVID-19-a yoluxma hallarının artdığını açıqlayıb
İyulun 13-dən 30-dək dünyada 1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 3 mindən çox insan dünyasını dəyişib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin məlumat bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 008 194 yoluxma halı və 3 132 ölüm halı qeydə alınıb.
Məlumata görə, yoluxma hallarının sayı əvvəlki 28 günlə müqayisədə 7% artıb, ölənlərin sayı isə 53% azalıb.
Qeyd olunub ki, COVID-19 hələ də ciddi təhlükə yaratmağa davam edir və ölkələr ÜST-nin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, xəstəliklə mübarizə aparmaq üçün infrastrukturu sökməməli, saxlamalıdır.
Qeyd olunan dörd həftə ərzində ən çox yoluxma halları Koreya Respublikasında aşkar edilib - 751 484 nəfər. Sonrakı yerləri Braziliya (45 642), Avstraliya (30 144), Yeni Zelandiya (23 443) və Sinqapur (23 216) tutur.
Analoji dövrdə bu xəstəlikdən ən çox insan Braziliyada ölüb - 695 nəfər. Sonrakı yerləri Peru (321), Avstraliya (260), Rusiya (251) və Koreya Respublikası (199) tutur.
Oxşar xəbərlər
Pandemiya baxımından ən təhlükəli ölkələr məlum olub
Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub. BAKU.WS Report-a istinadla xəbər verir ki, COVID-19-a gündəlik yoluxma ilə bağlı ən təhlükəli öl...