ÜST: "Son bir ayda dünyada koronavirusa yoluxma halları 50 faizdən çox artıb"
23
dek
2023
10:01
Son bir ayda dünyada koronavirusa yoluxma halları 50 faizdən çox artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, noyabrın 20-dən dekabrın 17-dək dünyada koronavirusa yoluxma faktları əvvəlki dörd həftə ilə müqayisədə 52 % artıb.
Belə ki, son 4 həftədə dünyada 854,673 yoluxma halı və 3,005 ölüm qeydə alınıb.
Qeyd olunub ki, ən çox yoluxma Rusiyada baş verib.
Siyahıda növbəti yerlərdə Sinqapur, İtaliya, Polşa və Avstraliya gəlir. Virusdan ən çox ölüm isə İtaliyada baş verib.
Oxşar xəbərlər
ÜST iyulun sonuna doğru COVID-19-a yoluxma hallarının artdığını açıqlayıb
İyulun 13-dən 30-dək dünyada 1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 3 mindən çox insan dünyasını dəyişib. BAKU.WS “Report”a istinadən xəbər ve...