Çində koronavirusla bağlı məhdudiyyətlərə qarşı etirazlar keçirilib

27
noy
2022
22:27
Çinin bir sıra şəhərlərində əhalinin koronavirusla əlaqəli məhdudiyyətlərindən narazılığı ilə bağlı etirazlar keçirilib.
Bu barədə "South China Morning Post" qəzeti xəbər verib.
Məlumata əsasən, kütləvi nümayişlərin səbəblərindən biri Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində yaşayış binasında cümə axşamı axşam saatlarında baş verən yanğın olub.
Bu binanın sakinləri COVID-19 epidemiyası ilə əlaqədar karantinə alınıb. Yanğın nəticəsində 10 nəfər ölüb, 9 nəfər yaralanıb.
Oxşar xəbərlər
Çində COVID-19 səbəbindən elan olunan bütün orta və yuxarı riskli zonalar ləğv edilib
Çinin materik hissəsində COVID-19 infeksiyasının yayılması səbəbindən elan olunan orta və yüksək riskli zonaların hamısı ləğv edilib. BAKU.WS AZƏRTAC-a istinadə...
