VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocahəsəndə karantin rejimini pozan kafe aşkarlanıb.

BAKU.WS "Oxu.Az"-a istinadən xəbər verir ki, ötən gün Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən reyd keçirilib.

Reyd zamanı paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində axşam saat 18:00-dan sonra fəaliyyət göstərən “Cavid” adlı kafedə karantin qaydalarının pozulduğu məlum olub.

Ümumilikdə, kafe sahibi ilə birlikdə 6 nəfər işçi saxlanılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İX) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.

Onlardan bir nəfər 200, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.

BAKU.WS
QALEREYA