Bu tədris ilinin sonunda şagirdlərin biliyi qiymətləndirilməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu tədris ilinin sonunda şagirdlərin biliyi qiymətləndirilməyəcək.
BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, yeni tədris ilinin birinci yarımili üzrə qiymətlər əsas götürüləcək və sinifdən-sinfə keçirilmə məsələsinə baxılacaq.
"2019-2020-ci tədris ilinin sonu üçün şagirdlərin biliyinin qiymətləndirilməsi prosesinin keçirilməsi nəzərdə tutulmayıb.
Şagirdlərin illik qiymətləndirilməsinin çıxarılması üçün 1-ci yarımil üzrə qiymətlər əsas götürüləcək və onun əsasında illik qiymətlər çıxarılacaq, bununla şagird növbəti sinifə keçiriləcək.
Qiymətlərdən narazı qalan şagirdlər dərs ili öncəsi məktəblərə müraciət edərək qiymətlərini yaxşılaşdıra bilərlər”.
Oxşar xəbərlər
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...