SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanda 6 həkimdə koronavirusa yoluxma halı qeydə alınıb”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Cəlilabad Xəstəxanasında 10 həkimin koronavirusa yoluxması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir: “Həmin xəstəxanada bir həkim və bir tibb işçisi virusa yoluxmuşdu”.

BAKU.WS