SİZİN REKLAM BURADA!
055 213 76 73


“Karantin müddətinin uzun müddət davam etidirilməsi mümkün deyil”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, karantin tədbirlərinin tədricən və nəzarət altında azaldılması təklif olunur:

“Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən aradan qaldırılması çox vacibdir. Amma birdən-birə karantin rejiminin aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

BAKU.WS
VİDEO