Operativ Qərargahdan karantinin müddətinin uzadılıb-uzadılmaması haqda AÇIQLAMA - VİDEO

15
apr
2020
17:26
“Karantin müddətinin uzun müddət davam etidirilməsi mümkün deyil”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, karantin tədbirlərinin tədricən və nəzarət altında azaldılması təklif olunur:
“Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən aradan qaldırılması çox vacibdir. Amma birdən-birə karantin rejiminin aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.
Oxşar xəbərlər
Modul tipli xəstəxanalar harada yaradılacaq?
Modul tipli xəstəxanalar Bakıda və bir sıra regionlarda yaradılacaq. BAKU.WS-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konf...
