SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda özünə ad günü keçirən məktəb direktoru cərimələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı video materiallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən daha bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar yazılıb. Məktəb direktoru vəzifəli şəxs olduğu üçün onu 3 min manat cərimə ediblər.

Məclisdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, Bakı şəhər Təhsil İdarəsi tərəfindən də özünə ad günü keçirən məktəb direktoruna şiddətli töhmət verilib.

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib.

Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə görə eidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO