Bakıda karantini pozaraq, ad günü keçirən direktora töhmət verildi - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq ad günü keçirib. Bu barədə videogörüntü sosial şəbəkələrə yayılıb.
BAKU.WS xəbər verir ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib.
Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Oxşar xəbərlər
Bakcell Silahlı Qüvvələr Gününə həsr edilmiş yarış keçirib (FOTO)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə...