"Vosmoy" bazarının ətrafında satış yerlərinin söküntüsünə başlanılıb
30
okt
2024
10:45
Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.
Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə tiçarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.
Oxşar xəbərlər
Xankəndidə təyyarə qəzasında həlak olanların xatirəsi yad olunub
Xankəndi şəhərində ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Azərbaycanın h...