AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olan Qazaxıstan vətəndaşlarının siyahısı açıqlanıb
Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Qazaxıstan vətəndaşlarının siyahısı ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyyarənin göyərtəsində ümumilikdə 67 nəfər olub, 38 nəfər təyyarə qəzası nəticəsində həlak olub. Üç uşaq da daxil olmaqla 29 nəfər sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Həmçinin, ölən altı Qazaxıstan vətəndaşından başqa təyyarədə 16 Rusiya Federasiyası vətəndaşı olub: onlardan 7-si ölüb, 9-u yaralanıb. 37 Azərbaycan vətəndaşı: 23 nəfər ölüb, 14 nəfər yaralanıb. Üç Qırğızıstan vətəndaşı - hamısı sağ qalıb.
Respublika Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev bildirib ki, iki ekipaj üzvü ölüb, üç nəfər sağ qalıb.
Xatırladaq ki, ötən gün Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə təyyarə ilə quşların toqquşması nəticəsində baş verib.
Oxşar xəbərlər
Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var?
Valideynlər bəzən uşaqların immunitet sistemini gücləndirmək və respirator virus infeksiyalarından qorumaq məqsədilə həkim məsləhəti olmadan müxtəlif vitamin və...