Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
BAKU.WS xəbər verir ki, Qərara əsasən, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
Oxşar xəbərlər
Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər?
Bəzən evə bir neçə dəqiqəlik məsafədə məktəb olsa da, valideynlər səhər tezdən yola çıxaraq övladlarını kilometrlərlə uzaqdakı təhsil ocağına aparırlar. BAKU.WS...