İlqar Mustafayevin həbs müddəti uzadıldı

İlqar Mustafayevin həbs müddəti uzadıldı
Sosial 280

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib.

Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib.

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.

Oxşar xəbərlər

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi davam edir

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi davam edir

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpü...

92 Sosial 09:28 10 yanvar 2025

Son xəbərlər