Məşhur müğənninin həyat yoldaşı vəfatının son anlarında belə yanına gəlməyib
Mərhum müğənni Ferdi Tayfurla bağlı daha bir xəbər yayılıb.
BAKU.WS xəbər verir ki, vəkil Hakan Tamgüç sənətçinin həyat yoldaşı Necla və qızı Tuğçenin onu xəstə yatağında tək qoyduğunu bir dəfə də olsun ziyarətinə gəlmədiyini bildirib.
Vəkill iddia edib ki, Necla Nazır son anlarında belə Ferdi Tayfurun yanında olmaqdan imtina edib:
"Necla xanım onu vəfatının son anlarında belə ziyarət etmədi. Ferdi Tayfur sağ olanda harada idilər? Sənətçi Necla Nazıra Emirganda 5 milyon dollarlıq malikanə bağışlayıb. Ona və qızına milyonlarla lirə verib. Ferdi Tayfurun Tuğçe ilə barışmaq istədiyi iddiası yalandır. Əgər belə bir şey olsaydı, birinci mən bilərdim. Tuğçe qurban rolunu oynayır, amma gözündən bir yaş belə axmır".
Xatırladaq ki, Ferdi Tayfur bu il yanvarın 2-də 79 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. Onun 5 övladına 3 milyard lirə sərvəti qalıb.
Oxşar xəbərlər
"Haber Global"da Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib
Türkiyənin "Haber Global" televiziya kanalında ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib...