Ronaldo tarixə düşdü - Ardıcıl 24 mövsümdür ki...

Ronaldo tarixə düşdü - Ardıcıl 24 mövsümdür ki...
İdman 190

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştiano Ronaldu növbəti tarixi rekorda imza atıb.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, 9 yanvar tarixində keçirilən Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda "Əl-Ohod" komandası ilə qarşılaşmada Ronaldo penalti zərbəsindən qol vurub. Bu qol Ronaldo üçün 2025-ci ilin ilk qolu olmaqla yanaşı, onun 24 ardıcıl təqvim ilində fərqlənməsi mənasını daşıyır. Bu, futbol tarixində bir ilkdir.

Ronaldo ilk qolunu 2002-ci ildə "Sportinq" klubunda vurub. Daha sonra "Mançester Yunayted", "Real Madrid", "Yuventus" klublarında və Portuqaliya millisində çıxış edərək ardıcıl hər mövsümdə fərqlənməyi bacarıb. Ümumilikdə, Ronaldo karyerası ərzində 917 qol vurub.

"Əl-Ohod"la oyun "Əl-Nəsr"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Əl-Nəsr" 28 xal toplayaraq turnir cədvəlində 4-cü sırada qərarlaşıb. "Əl-Ohod" isə 12 xalla 14-cü yerdədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Harri Keyn "Qızıl top"un sahibi oldu

Harri Keyn "Qızıl top"un sahibi oldu

İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2026-cı ildə "Qızıl top" mükafatına layiq görülüb. BAKU.WS xəbər verir ki, Fransanı...

18 İdman 08:00 27 oktyabr 2026

Son xəbərlər