Los-Ancelesdə evi, malikanəsi, restoranı olan MƏŞHURLAR QORXUYA DÜŞDÜ - SİYAHI
Los-Ancelesi cənginə alan meşə yanğınları türkiyəli məşhurları da qorxutmağa başladı. Buna səbəb bəzi türkiyəli tanınmışların da orada mənzil və malikanələrinin yerləşməsidir.
BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir:
Ali Koç
"Fənərbağça"nın prezidenti Ali Koç 2020-ci ilin noyabrında 14.5 milyon dollara Los-Ancelesin ən yaxşı bölgəsindən özünə lüks və geniş malikanə alıb.
Çağatay Ulusoy
Aktyor Ulusoy da orada evi olan məşhurlar sırasındadır. O da Ali Koç kimi 2020-ci ildə Los-Ancelesdə ev alıb. Aktyor orada restoran da açıb.
![]()
Kenan İmirzalıoğlu
Kenan həyat yoldaşı Sinem Koballa oradan 2015-ci ildə ev alıb. Cütlük işlərinin çoxluğundan Amerikaya gedib evə tez-tez baxa bilmirdi. Bu səbəbdən dostları yaşasın deyə onların istifadəsinə vermişdi.
![]()
Serenay Sarıkaya
Aktrisa Serenay Sarıkaya 2018-ci ildə Los-Ancelesdə 3 otaqlı ev alıb. O mənzil üçün 500 000 dollar ödəyib.
![]()
Tolgahan Sayışman
Aktyor Tolgahan Sayışman, 2015-ci ildə Los-Ancelesin "Hermosa Beach" ərazisində 1 milyon 218 min lirəyə ev alıb. O həmin vaxt bu evə 430 000 dollar ödəyib.
![]()
Kenan Doğulu
2018-cü ildə müğənni həyat yoldaşı Beren Saatla Los-Ancelesdən 1 milyon 200 min dollar ödəyərək lüks mənzil alıb.
Oxşar xəbərlər
2025 F1 mövsümünün çempionu bəlli oldu – Lando Norris tarix yazdı
2025 Formula 1 mövsümünə Əbu-Dabi Qran-prisi ilə yekun vurulub. Son yarışın nəticələrinə görə, "McLaren" sürücüsü Lando Norris dünya çempionu titulunu qazanıb....