Aktyor Azər Baxşəliyev dəfn olunub
Aktyor Azər Baxşəliyev dəfn olunub.
BAKU.WS xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, A.Baxşəliyev bu gün dünyasını dəyişib.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
***14:09
Bu gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevin dəfn mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, mərhum aktyor "Qurd qapısı" qəbiristanlığında dəfn olunur.
Dəfndə onun ailə üzvləri, yaxınları və tanınmışlar iştirak edirlər.
Xatırladaq ki, aktyor bu gün dünyasını dəyişib.
O poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi
Həkimlərin səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qalereya
***12:26
Bu gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə vida mərasimi keçirilir.
Mərhum aktyor "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
***11:48
Dünyasını dəyişən aktyor Azər Baxşəliyev bu gün günorta saatlarında dəfn olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin efirində məlumat gedib.
Xatırladaq ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.
***11:22
Aktyor Azər Baxşəliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktyor daha əvvəl xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
***10:08
"Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.
"Poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır",-deyə Günel Aslanova əlavə edib.
Oxşar xəbərlər
Xəzər dənizi ilə bağlı böyük TƏHLÜKƏ: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
Xəzər dənizinin Astara sahillərində geri çəkilməsi son dövrlər daha da aktivləşib. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bu proses bir sıra problemlərə y...