Pakistanın Baş naziri Azərbaycana səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın "The News International" nəşri mənbələrə istinadən xəbər verir.
"Pakistan "Mərkəzi Asiya baxışı siyasəti" çərçivəsində region dövlətləri ilə fəal şəkildə əməkdaşlığın genişləndirilməsinə çalışır. Cənubi Qafqazın əhəmiyyətli ölkələri ilə əlaqələrini möhkəmləndirir. Bu strategiyaya uyğun olaraq, Baş nazir Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək", - məlumatda qeyd olunub.
Bildirilib ki, səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər.
"Məlumatlı mənbələrin sözlərinə görə, səfər çərçivəsində Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir neçə saziş imzalamağı planlaşdırır", - nəşr vurğulayıb.
Azərbaycandan sonra Pakistanın Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək. Bu səfər zamanı o, tranzit ticarət üçün Kəraçi limanından istifadəni təklif edəcək, həmçinin əsas ticarət sazişlərini imzalayacaq.
Oxşar xəbərlər
İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşk...