Biləsuvarda ev quşları kütləvi şəkildə tələf olub
Biləsuvar rayonunda kənd sakinlərinin təsərrüfatlarında ev quşları kütləvi şəkildə tələf olub.
Bu barədə "Report"un Muğan bürosuna bir qrup rayon sakini məlumat verib.
Onların sözlərinə görə, analoji vəziyyət artıq 1 aya yaxındır ki başlayıb. Qaz, hindquşu və toyuqlar arasında yayılan xəstəliyinin səbəbləri hələlik məlum deyil.
Kənd sakinləri qeyd edib ki, anidən xəstəliyə tutulan ev quşlarına bəzi dərmanlar verilsə də, kütləvi tələfat hallarının qarşısını almaq mümkün olmayıb.
Məsələ ilə bağlı Biləsuvar rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən bildirilib ki, son vaxtlar ev quşları arasında kütləvi ölüm halları müşahidə olunur. Bunun əsas səbəbi mövsümi xəstəliklər, yəni yuxarı tənəffüs yollarının iltihabı və helmentozlar aiddir.
Qeyd olunub ki, bununla bağlı idarə tərəfindən kənd sakinləri arasında maarifləndirmə işləri aparılır.
Analoji vəziyyət Cəlilabad rayonunda da bir çox təsərrüfatlarda müşahidə olunur.
Oxşar xəbərlər
Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
Bakıda 32 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir. Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildi...