Yeddi dəfə məhkum olan şəxsdən odlu silah götürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Yeddi dəfə məhkum olunan Şirvan sakinindən odlu silah götürülüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə yeddi dəfə məhkum olunmuş Pünhan Tağıyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilən şəxs saxlanılıb və ondan 1 ədəd "Mauser" markalı odlu silah götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...