Kafedə iyrənc görüntülər
Naxçıvan şəhəri, Dairəvi yolun 1-ci kilometrliyində fəaliyyət göstərən kafelərdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı normativ tələblərin pozulduğu məlum olub.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, qida obyektlərində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin olunmadığı aşkarlanıb.
Faktla bağlı təxirəsalınmaz tədbirlər görülüb, kafelərin fəaliyyəti dayandırılaraq icrası məcburi göstərişlər verilib.
Qalereya
Oxşar xəbərlər
Qarabağdan həmrəylik alovu yüksəlir
2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı düşməndən azad etdik və indi regionun ən qüdrətli dö...