Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
16
sen
2026
19:14
Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.
BAKU.WS bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq. Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək. Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.
Oxşar xəbərlər
Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliy...