Yaponiyada son 25 ilin ən böyük qrip epidemiyası qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyada dekabrın son həftəsində son 25 ilin ən böyük qrip epidemiyası qeydə alınıb.
BAKU.WS-in Yaponiyanın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu, statistik məlumatların toplanmağa başladığı 1999-cu ildən bəri ən yüksək göstəricidir.
23-29 dekabr tarixlərində ölkə üzrə 5000 tibbi klinikadan toplanan məlumatlara əsasən, 317,812 nəfərdə qrip diaqnozu qoyulub. Bu, əvvəlki ilin eyni dövründə qeydə alınan 104,612 hallıq göstəricidən üç dəfədən çox artıqdır.
Qış aylarında Yaponiyada və digər ölkələrdə qrip hallarının artması adi haldır. Lakin son zamanlar Fransa və Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrdə kəskin artım müşahidə olunur.
Qeyd edək ki, ötən il Avstraliyada laboratoriyada təsdiqlənmiş qrip halları 350,000-dən çox olub ki, bu da əvvəlki rekord göstərici olan 313,615 nəfəri geridə qoyub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...