Lənkəranda qalmaqallı keçmiş müavin soyadını dəyişib seçkilərdə namizəd oldu
Lənkəran rayon icra hakimiyyəti başçısının 2023-cü ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rasilə Əliyeva (Arifqızı) Lənkəranda keçirilən bələdiyyə seçkilərində namizəd olub.
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, R.Əliyevanın Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatı tərəfindən Lənkəran bələdiyyəsinə namizədlər arasında irəli sürülüb.
Bununla bağlı təşkilatın rəsmi "facebook" səhifəsində paylaşım edilib, bir müddət sonra isə sözügedən poster silinib.
Paylaşımda Rasilə Əliyeva "Rasilə Arifqızı" adı ilə namizəldər arasında göstərilib.
Xatırladaq ki, 2022-ci ildə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanmışdı və məkəmənin qərarı ilə 4 min manat cərimə olunmuşdu. Elə həmin ildə də Rasilə Arifqızı İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Daha sonra mediada R.Arifqızının Lənkəranda uşaq evinə direktor təyin olunduğu iddiaları yayılsa da bu məlumat təkzib olunmuşdu.
Oxşar xəbərlər
Sumqayıtda ibtidai sinif müəllimi vəfat etdi
Sumqayıtda ibtidai sinif müəllimi dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, müəllim Yeganə Hümbətova uzun sürən xəstəlikdən vəfat edib. Mərhum uzun illər Sumqa...