Bakıda məktəbə elektrik enerjisinin verilməsində fasilə yaranıb, müvafiq qurumlara müraciət olunub
16
okt
2024
11:53
Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir: "Məktəbdə tədris prosesi davam edir".
Məlumat üçün bildirək ki, məktəbdə övladı təhsil alan valideynlər təhsil müəssisəsində üç gündür elektrik enerjisinin olmaması ilə bağlı "Report"a müraciət edib.
Oxşar xəbərlər
COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
"AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb". BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu...