Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 3 %-ə yaxın artırılır
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 milyard 326,2 milyon manatının və yaxud 21,7 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7 % çoxdur.
Əlavə dəyər vergisi üzrə daxilolmaların 3 milyard 758,2 milyon manatını və yaxud 45,1 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 568 milyon manatını və yaxud 54,9%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 15,
7 % az və 25,2 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Oxşar xəbərlər
İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək
2025-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri Naxçıvan Muxtar Respublikasındakı eyni adlı...