Novxanıda 4 nəfər restoranda 500 AZN-lik yeyib-içib qaçdı - Hələ üstəlik 80 manatlıq "araq" da...
Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən restoranlardan birində maraqlı hadisə yaşanıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, 4 nəfərdən ibarət qrup 500 manatlıq hesabı ödəmədən restorandan çıxıb.
Hadisə barədə bəzi kadrlar restoranın təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, həmin şəxslər yalnız hesabı ödəməməklə kifayətlənməyib, həmçinin ofisiant vasitəsilə 80 manatlıq spirtli içki də aldırıblar.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda külək ağacı yerindən çıxartdı
Bakıda güclü külək ağacı yerindən çıxarıb. Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Nərimanov rayonu, Həsən Əliyev 94 ünvanında...