Azərbaycanda kimlərin maaşı nə qədər artacaq? - Tarix açıqlandı

Azərbaycanda kimlərin maaşı nə qədər artacaq? - Tarix açıqlandı
Açıqlama
Sosial 3066

"Minimum əmək haqqı ilə bağlı artımlar növbəti ilin yanvar ayı üçün nəzərdə tutulub. Gözlənilir ki, 2025-ci ildən etibarən bu artımlar reallaşacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, növbəti 20 gün ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanacaq və həmin təkliflər digər dövlət qurumları, o cümlədə Maliyyə Nazirliyi ilə razılaşdırılması həyata keçiriləcək:

"Gələn aydan etibarən dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirə olunacaq. Müzakirələr zamanı konkret rəqəmlərin təqdim olunacağı gözlənilir. Artımlar yanvar ayından etibarən reallaşacağı gözlənilir.

Bizim təklifimiz ondan ibarətdir ki, minimum əmək haqqı 2023-cü ilin infilyasiyası və bu ilin qiymət artımları nəzərə alınmaqla, iki rəqəmli artımlar olsun. Təkliflər təqdim olunduqdan sonra biz yenə də öz təkliflərimizi təqdim edəcəyik. Maliyyə əsaslandırması çərçivəsində artımların daha çox olması və vətəndaşlarımızın bundan daha çox faydalanması vacibdir.

Dövlət məsələlərində çalışmayan, dövlət qulluqçusu olmayan və vahid tarif cədvəli üzrə əmək haqları müəyyənləşən vətəndaşların əmək haqlarına artımlar olacaq. Bu, təhsil və səhiyyə sektoruna aid olmayacaq. Çünki həmin sektorlarda keyfiyyət meyarlarından istifadə olunur. Amma vətəndaş əgər dövlət müəssisəsində çalışırsa, vahid tarif cədvəli üzrə əmək haqqısı müəyyənləşirsə, o zaman onların da məvaciblərində artımlar olacaq".

Orxan Hüseyn

Son xəbərlər