Tanınmış aktrisa anasının təzyiqi ilə 13 yaşında evləndirilib

Tanınmış aktrisa anasının təzyiqi ilə 13 yaşında evləndirilib
Video
Dünya 10326

Tanınmış aktrisa Perihan Savaş açıqlaması ilə hamını şoka salıb.

BAKU.WS xəbər verir ki, yutub layihələrindən birinə qonaq olan sənətçi uşaq gəlin olduğunu etiraf edib.

Aktrisa 13 yaşı olarkən anasının təzyiqi ilə əmisioğluna ərə verilib.

"Əmilərim Qara dənizli idilər. Ziya hərbi məktəbdən çıxmaq istəyirdi. Əmilərim məni istəməyə gəldilər. Onlar qorxurdular ki, mən aktrisa olaram.

İstək məsələsinə gəlincə, anamın təzyiqindən qurtulmaq üçün istədim, məhkəməyə gedəndə "bəli" dedim. Ziya mənə "teatrdan ayrılacaqsan" dediyi zaman, bu işi bitirdim".

Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli müğənni Safiye Soyman da 13 yaşında evləndirildiyini bildirərək toy fotosunu paylaşıb.

Son xəbərlər