Polisdən "20 yanvar"la bağlı AÇIQLAMA - Qayda pozanlar cəzalandırılacaq
Bakının "20 yanvar" metrosu ərazisində avtomobillərin hərəkəti ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən açıqlama verilib.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında bildirib ki, istər həmin ərazidə, istərsə digər yerlərdə qayda pozan sürücülər mütləq qanun çərçivəsində cəzalandırılacaq.
"Yol hərəkəri iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyqata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, xəbərdarlıqlara baxmayaraq, bəzi sürücü və piyadalar yol hərəkətini kobud şəkildə pozurlar. Nəticədə "20 yanvar" ərazisində tıxac və sıxlıq yaranır.
Həmin əridə ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün yol nişanları mövcuddur. Qanunvericiliyə əsasən həmin zolaqda digər nəqliyyat vasitələri hərəkəti və dayanma-durması qadağandır.
Bəzi taksi fəaliyyəti ilə məşğul olan sürücülər yolun ikinci hissəsində dayanırlar. Bu da öz növbəsində buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur.
Əlbəttə ki, visual şəkildə, yaxud xüsusi vasitələrlə aşkarlanan qayda pozuntusu aşkar edildikdə, sürücülər barəsində qanuna uyğun tədbirlər həyata keçirilir. Hər bir halda sürücülər dayanma-durma qaydalarını pozmamalıdır", - deyə qurum rəsmisi bildirib.
Ziya SƏCCAD
****2024-10-14 - 22:02
Bakının "20 yanvar" metrosu ərazisində avtomobillərin hərəkəti ilə bağlı vəziyyət olduqca acınacaqlıdır.
Sərnişin avtobusları avtobus zolağında dayanmır. Sərnişinlər avtobusu yolun ortasında gözləyirlər. Taksi fəaliyyətilə məşğul olanlar imkan vermirlər ki, avtobuslar dayanacaqda normal dayansınlar.
Bu barədə vətəndaşlar kütləvi olaraq BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Ekspertlər də sözügedən ərazidə vəziyyətin acınacaqlı olduğunu deyirlər.
Nəqliyyat üzrə tanınmış ekspert Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də, "20 yanvar" dairəsi ilə bağlı problemlər çoxdur.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müxtəlif addımlar atıldı. Orada taksilərin, avtobusların hərəkətini tənzimləyən yeniliklər tətbiq edildi. Amma görünür ki, sərnişinlər inadlarından əl çəkmir. Sürücülər də onlar kimi inadlaşırlar. Belə bir əcaib mənzərə ortaya çıxır", - deyə ekspertbildirib.
E.Muradlı onu da vurğulayıb ki, AYNA həmin ərazidə hərəkətin təşkilində müəyyən dəyişikliklər etsə də, hələki bu öz bəhrəsini verməyib:
"Avtobusların, taksilərin fəaliyyətilə bağlı yeni konsepsiya ortaya qoydu. Lakin bu konsepsiyanı icra etməyənlər var. Xüsusən də taksi sürücüləri buna əməl etmirlər. Hesab edirlər ki, burada müştəri götürmək üçün yaxşı yerdir. Lakin onlara müştəri götürmək üçün Avtovağzalda Yer təklif olunub. Onlar buna əməl etmirlər. Görün hansı həddə çatıb ki, 100 manat və 2 ballıq cərimədən qorxmurlar.
Əsas prinsip "20 yanvar" dairəsini dağıtmaq, taksiləri və sərnişinləri Avtovağzala yönləndirməkdir. Orada da şəhər və rayonua gedən marşrutlar var. Orada normal şərait yaradılıb.
Lakin insanlar bura öyrəşib. Əslində bu belə olmamalıdır. Yeni mexanizmlər qurulub, biz buna öyrəşməliyik. Yol polisi və AYNA həmin ərazidə mütəmadi reydlər təşkil etməlidir".
Məsələ ilə əlaqədar nəqliyyata davabdeh qurum olan AYNA ilə əlaqə saxladıq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov BAKU.WS-ə bildirdi ki, 20 yanvar metrostansiyası yaxınlığında yaranan vəziyyətin aradan qaldırılması üçün AYNA tərəfindən kompleks tədbirlər həyata keçirilib.
"Sumqayıt istiqamətinə gedən vətəndaşlar üçün paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarına əlçatanlığın təmin edilməsi istiqamətində addımlar atılıb".
Qurum rəsmisi deyir ki, vətəndaşlar üçün "20 yanvar" metrostansiyası yaxınlığından müxtəlif istiqamətlər getmək üçün hər cür şərait yaradılıb:
"Sumqayıt şəhərinə daha tez çatmaq üçün vətəndaşlar "Avtovağzal" metrostansiyasına gələrək müasir və komfortlu "Neoplan" avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir.
Sumqayıta paytaxtın "Azadlıq prospekti" metrostansiyasından da yola düşmək də mümkündür. Metrostansiyanı Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir.
Eyni zamanda "20 Yanvar" metrostansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir".
Qeyd edək ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır.
Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus və metro vasitəsilə "Avtovağzal" metrostansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür.
Qeyd edək ki, HUB-dan Bakı və Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...