Metrodan istifadə edən sərnişinlərin sayı 7 %-dən çox artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 7,3 % artıb.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 168,3 milyon nəfər olub.
Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.
Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...