Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, o, bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. 68 yaşlı A.İbrahimov 5 il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.
***11:58
Milli Qəhrəman Mübariz ibrahimovun atası vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid atası bu gün infakt kecirib və Biləsuvar Rayon Mərəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A,İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.
Oxşar xəbərlər
Masazırda çökən yolla bağlı RƏSMİ AÇIQLAMA
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi...