Hövsanın elektrik enerjisi bərpa edilib
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində elektrik enerjisinin verilişi bərpa olunub.
Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, qəsəbənin 3 küçəsində elektrik xətlərində baş vermiş nasazlıq günün ikinci yarısında tam aradan qaldırılıb.
***16:10
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçilərin sözlərinə görə, səhər saatlarından etibarən işıq sönüb. Buna səbəb isə qəsəbədə yerləşən məktəblərdən birinin yaxınlığındakı yüksəkgərginlikli elektrik xəttində qəza baş verməsidir:
""Azərişıq"la əlaqə saxlayırıq, bizə deyirlər ki, qəza aradan qaldırıldıqdan sonra işıqların verilişi bərpa olunacaq".
Oxşar xəbərlər
Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir"
Lerikin ucqar dağ kəndi olan Bradinin sakini Qədir Qurbanovun ailəsi illərdir qəzalı vəziyyətə düşən evdə yaşayır. Onun sözlərinə görə, ev 1970-ci ildə tikilib....