İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: "Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Oxşar xəbərlər
COP29 çərçivəsində Çoxtərəfli İnkişaf Banklarının nümayəndələri ilə görüş keçirilib
COP29-un nümayəndə heyəti və baş danışıqçısı Yalçın Rəfiyev Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik iclasları çərçivəsində Çoxtərəfli İnkişaf Bankların...