İki oğlu şəhid olan ana: "Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər"
Baku TV Vətən müharibəsində şəhid olan iki qardaş - Əli və İslam Əhmədovlar haqqında reportaj hazırlayıb.
Övladlarının yoxluğu ilə barışmağın çətinliyindən danışan şəhid anası Sevinc Əhmədova onları atasız böyütdüyünü qeyd edib:
"Uşaqlar balaca olanda ataları vəfat etdi. Onları tək böyütdüm. Uşaqlıqdan mənə arxa-dayaq idilər".
S.Əhmədova əvvəlcə Əlinin, ardınca isə İslamın şəhidlik xəbərini aldığını söyləyib:
"Sentyabrın 27-də axşam dedilər ki, İslam sağdır, şəhid olmayıb, Əlinin dəfninə gələcək. Amma gözlədik, gəlmədi. Sentyabrın 28-də Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər. Onu da elə həmin gün dəfn etdik".
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
2027-ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər
2027-ci il bəzi bürclər üçün mühüm dəyişikliklər, yeni imkanlar və maliyyə baxımından uğurlu başlanğıclar vəd edir. BAKU.WS xəbər verir ki, astroloji proqnozla...