Türkiyədə terror: Ölənlərin sayı artıb
Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya "TRT Haber" telekanalının efirində bildirib.
"Terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, yaralananların ümumi sayı 22 nəfərdir, onlardan üçü xəstəxanadan buraxılıb", - nazir bildirib.
İlkin məlumatlara görə, hücumu ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri həyata keçiriblər.
***21:33
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu gün Ankaranın Kahramankazan rayonunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) baş verən terror aktı ilə bağlı açıqlama verib.
O bildirib ki, terrorçular mütləq etdiklərinin hesabını verəcəklər:
"Son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik və edilənlərin acısını qat-qat artıracağıq. Bunu hamı görəcək", - deyə nazir bildirib.
***18:20
Ankaranın Kahramankazan rayonunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) terror aktı törədilib.
Partlayışdan sonra silahlı qarşıdurma başlayıb.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, terror zamanı plən və yaralılar var:
"Terror aktında 2 terrorçu zərərsizləşdirilib. Təəssüf ki, hücumda 3 şəhidimiz, 14 yaralımız var".
"Xəyanətkar terror aktı ilə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladılıb, 1 Respublika Baş prokurorunun müavini və 8 Respublika Prokuroru təyin edilib" deyə Ədliyyə naziri Yılmaz Tunç, bəyanat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib. Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.
Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.
Oxşar xəbərlər
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyasının ikinci hissəsi yekun...