Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin mandatının uzadılmasının tərəfdarıdır
Ermənistan Azərbaycanla sərhəddə vəziyyətə nəzarət edən Avropa İttifaqının mülki missiyasının mandatının uzadılmasının tərəfdarıdır.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
"Bildiyim qədər, Aİ missiyanın mandatının uzadılması imkanını nəzərdən keçirir... Biz Aİ-nin müşahidəçi missiyasının olmasını zəruri hesab edirik", - o deyib.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrell 2023-cü il dekabrın 11-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Ermənistandakı Aİ müşahidəçilərinin sayını 138-dən 209-a çatdırmaq qərarına gəldiklərini bəyan etmişdi. Avropalı məmurun sözlərinə görə, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədindəsabitliyin artırılması vasitəsi olacaq.
Oxşar xəbərlər
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Bi...