Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
23
okt
2024
23:50
Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Xankəndidə Qarabağ Universitetində işə başlayıb.
Lent.az-ın xəbərinə görə, xanəndə hazırda Qarabağ Universitetində İncəsənət fakültəsində dərs deyir. O, buna qədər Azərbaycan Milli Konservatoriyasında Muğam fakültəsində müəllim kimi çalışırdı.
Uzun zaman ağır xəstəlikdən əziyyət çəkən müğənni həkimlərin məsləhəti ilə doğma yurdu Laçında yaşayırdı. O, Laçına köçdükdən sonra sağalmağa başladığını bildirib.
Qarabağ Universiteti
Azərbaycan
Xankəndi
Qarabağ
Azərbaycan Milli Konservatoriyası (Azərbaycan Dövlət Konservatoriyası)
Oxşar xəbərlər
Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı
"O vaxtlar" verilişinin budəfəki qonağı Nardaran sakini Mahmud Əliyev olub. O, verilişdə uşaqlıq illərindən, zərgərlik sənətinə gəlişindən, Brejnevə hədiyyə edi...