"WhatsApp"dan növbəti böyük yenilik - Bundan sonra...

WhatsAppdan növbəti böyük yenilik - Bundan sonra...
Dünya 140

"WhatsApp" tərtibatçıları müxtəlif cihazlarda kontaktları ayırmağa və ya birləşdirməyə kömək edəcək yeni funksiyanı elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə "WhatsApp" bloqunda məlumat verilib.

Belə ki, "WhatsApp" istənilən cihazda kontaktları təhlükəsiz əlavə etməyə və idarə etməyə imkan verəcək funksiyanı təqdim edib. Əvvəllər bu funksiya yalnız telefonlarda mövcud idi. İstifadəçilər telefon nömrəsi və ya QR kodundan istifadə edərək kontakt əlavə edə bilərdilər. İndi o, "WhatsApp Web"də və "Windows" əməliyyat sistemi olan kompüterlərdə, sonra isə digər uyğun cihazlarda mövcud olacaq.

İstifadəçilər artıq kontaktları telefonlarında saxlamağa ehtiyac duymurlar. İndi sadəcə onları birbaşa "WhatsApp"a əlavə etmək kifayətdir. Bu, başqa birisi cihazdan istifadə edirsə və ya istifadəçi müxtəlif tətbiq hesablarında şəxsi və işgüzar yazışmalar aparmaq istəyirsə, xüsusilə rahatdır.

Qeyd olunur ki, "WhatsApp"a əlavə edilən kontaktlar hətta istifadəçi telefonu itirdikdə və ya başqa cihazdan proqrama daxil olduqda belə bərpa oluna bilər.

Son xəbərlər