Tanınmış meyxanaçı Xəyyam Əhmədli vəfat etdi
03
dek
2024
08:14
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, evində dünyasını dəyişib.
Məlumatı onun sənət yoldaşları təsdiq ediblər.
Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi "Hələ oğlun salamatdır" adlı meyxanası ilə məşhurlaşmışdı.
Oxşar xəbərlər
Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub
Azərbaycan vətəndaşı Vüsal Şahmalı oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib. BAKU.WS xəbər verir...