Azərbaycanın aviaqəzada xəsarət alan bir qrup vətəndaşı ölkəyə yola salınıb
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınıb.
BAKU.WS xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Restoranda meyit tapılıb
Qaxda restorandan meyit tapılıb. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndinin ərazisində baş verib. Yevlax rayon sakini 53 yaşlı Z...