Aviaqəzada yaralanan: Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər

Aviaqəzada yaralanan: Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər
Digər 364

Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər.

"Report" xəbər verir ki, bunu təyyarə qəzasında yaralanan Samir Dərvişov bildirib.

"Vəziyyətim yaxşıdır. Bizə çox yaxşı baxırlar. Bütün müayinələrdən keçiriblər. Qazaxıstanda da qayğımıza qaldılar", - o qeyd edib.

Yaralının sözlərinə görə, o, Qroznıya atası ilə birgə gedirdi: "Həm qardaşımı görməyə gedirdik, həm də iş axtaracaqdım".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Son xəbərlər