"Oğlum və yoldaşım qəzaya düşən təyyarədə idi" - Hadisə vaxtı nələr oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Təyyarə qəzasından sağ çıxanlar arasında Balakənin Qullar kəndindən olan Devrişovlar da var.
Baku TV xəbər verir ki, kənd sakini Tofiq Devrişov reanimasiyadadır. Onun oğlu Samir Devrişovun vəziyyəti isə yaxşıdır.
T.Devrişovun həyat yoldaşının sözlərinə görə, əri və oğlu Qroznıda yaşayan digər oğlunun yanına Yeni il bayramını keçirmək üçün gedirmişlər.
"Qardaşım Qroznıya gedəndə yazmışdı ki, yerə enirik. Sonra Qroznıda yaşayan qardaşım ağlaya-ağlaya səs atdı ki, qəza baş verib. Üstündən iki saat keçəndən sonra qəzaya uğrayan təyyarədəki qardaşımla əlaqə saxlaya bildilər. O, yaxşı olduğunu dedi", - Tofiq Devrişovun qızı Günay Hüseynova söyləyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində ölənlər və yaralananlar var.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...