Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub

Azərbaycan vətəndaşı Vüsal Şahmalı oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.
Bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Elşən Ələddin oğlu Yusifovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
V.Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə, E.Yusifovun isə xuliqanlıq və qanunsuz olaraq odlu silah saxlama cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Gürcüstan ərazisində saxlanılan E.Yusifov və Vüsal Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Oxşar xəbərlər
Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb
Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 1-də...
