İsrail aviaşirkəti təyyarə qəzası səbəbindən Moskvaya uçuşları dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin "El Al" aviaşirkəti "Rusiya hava məkanındakı hadisələr" səbəbindən Tel-Əvivdən Moskvaya uçuşları növbəti həftə ərzində dayandırmaq qərarını verdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Kanal 7" şirkətin bəyanatına istinadən məlumat verib.
Daşıyıcı bu qərarı Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinə məxsus Embraer 190 təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra qəbul edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...