Qazax sakini minaya düşüb, ayağı amputasiya olunub
Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.
Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***11:50
Qazaxda mülki şəxs minaya düşüb.
BAKU.WS xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub
Azərbaycan vətəndaşı Vüsal Şahmalı oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib. BAKU.WS xəbər verir...