Türkiyədə 5.9 bal gücündə zəlzələ olub - 187 nəfər zərər çəkib
Zəlzələdən 187 nəfər zərər çəkib, 43 nəfər müalicə olunur.
BAKU.WS xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Malatyada verdiyi açıqlamada zəlzələdən 187 nəfərin zərər çəkdiyini, 43 nəfərin isə müalicə alıdığını bildirib.
***12:04
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Malatya vilayətində qeydə alınıb.
Yeraltı təkanların 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələ Şərqi Anadolu Fay Xəttində, 6 fevral 2023-cü ildə tarixi 7,7 və 7,6 bal gücündə zəlzələlərlə eyni qırılma xəttində meydana gəlib.
Oxşar xəbərlər
Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
Somalidən olan 22 qaçqın iki qayıqla öz ölkələrindən Hind okeanındakı Komor adalarına getmək istəyərkən həlak olub. "Report" xəbər verir ki, bu barədə Madaqaska...